Lənkəranda ev yandı: xəsarət alanlar var

Lənkəranda ev yandı: xəsarət alanlar var

Lənkəranda ev yanıb.

AzerTimes-ın Report-a istinadən xəbərinə görə, hadisə şəhərin ”Qalayçılar” məhəlləsində – B.Mirsalayev küçəsində baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Xalid Xalıq oğlu Əliyevə məxsus ev yanıb. Hadisə zamanı ev sakinlərindən ikisi xəsarət alıb.

Zərərçəkənlər müxtəlif dərəcəli xəsarətlərlə Lənkəran Rayon Mırkəzi Xəstəxanasına çatdırılıb.

Əraziyə FHN-in Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib və yanğının genişlənməsinin qarşısı alınıb.

Hadisənin başvermə səbəbi müvafiq ekspertizadan sonra məlum olacaq.

Teqlər: