Türkiyə ordusu Suriyanın şimalında 7 terrorçu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında davam etdirdiyi “Fərat qalxanı” antiterror əməliyyatında 7 PKK terrorçusunu
zərərsizləşdirib.

Trend-in
məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi
bildirib.

Qeyd olunub ki, Türkiyə hərbçiləri PKK-nın hücumunun qarşısını
alıb.

Bölgədə antiterror əməliyyatı davam etdirilir.