Laçında minaya düşən fəhlə vəfat edib

Laçın rayonunda minaya düşən fəhlə vəfat edib.

AzerTimes-ın məlumatına görə, mina partlayışı nəticəsində ağır bədən
xəsarətləri diaqnozu ilə Bakıya gətirilən 1992-ci il təvəllüdlü
Pərvin Salahov Silahlı Qüvvələrin Baş Klinik Hospitalına
yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

P. Salahov hospitalda dünyasını dəyişib.

Qeyd edək ki, P.Salahov aprelin 29-da Laçın rayonunun işğaldan
azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya
düşüb.

Teqlər: