Türkiyə ordusu Suriyada 10 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 10 YPG (PKK terror
təşkilatının Suriya qolu) üzvünü zərərsizləşdirib.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə
Nazirliyindən bildiriblər.

Məlumata əsasən, 6 terrorçu “Fərat Qalxanı” əməliyyatı zonasına,
4 terrorçu isə “Sülh çeşməsi” əməliyyatı zonasına hücum etmək
istəyərkən zərərsizləşdirilib.