Türkiyə ordusu İraqın şimalında 4 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pəncə Şimşək”
əməliyyatı zonası daxilində 4 PKK terrorçusunu
zərərsizləşdirib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə
Nazirliyindən bildiriblər.

Məlumata əsasən, terrorçular artileriya zərbələri nəticəsində
zərərsizləşdirilib.


Qeyd edilir ki, Türkiyə Silahlı Qüvvələri terrorizmə qarşı
effektiv mübarizəni davam etdirir.