Türkiyə ordusu İraq və Suriyada 3 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri Suriyada iki YPG (PKK terror
təşkilatının Suriya qolu – red.), İraqda isə bir PKK terrorçusunu
zərərsizləşdirib.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə
Nazirliyindən bildiriblər.

Məlumata əsasən, terrorçular Suriyanın şimalında “Fərat qalxanı”
əməliyyatı zonasında və İraqın şimalında Avaşin rayonu ərazisində
məhv ediliblər.

Terrorçuların zərərsizləşdirilməsi üçün atəş dəstəyi və
PUA-lardan istifadə edilib.