Türkiyə ordusu İraq və Suriyada 20-dən çox terrorçu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında davam etdirdiyi “Pəncə Kilid” antiterror əməliyyatında daha 16 terrorçu
zərərsizləşdirilib.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin
açıqlamasında deyilir.

Qeyd olunur ki, PKK mənsublarının mövqeləri müəyyən edildikdən
sonra həmin mövqelərə zərbələr endirilib.

Aprelin əvvəlindən bu günədək “Pəncə Kilid” antiterror
əməliyyatı bölgəsində 100-dən çox terrorçu zərərsizləşdirilib.

Bundan başqa, Türkiyə ordusu Suriyanın şimalında davam etdirdiyi “Fərat qalxanı” antiterror əməliyyatı bölgəsində 7 PKK mənsubunu
məhv edib.