Türkiyə ordusu iki şəhid verdi

Türkiyə ordusu iki şəhid verdi

19:41

Türkiyə ordusunun hərbçisi İraqın şimalında keçirilən “Pəncə-Kilit” əməliyyatı zonasında terrorçularla atışmada həlak olub.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, atışma zamanı yaralanan hərbçi xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Milli Müdafiə Nazirliyi hərbçinin ölümü ilə bağlı başsağlığı verib.

***

Türkiyə ordusunun daha bir hərbçisi İraqın şimalında keçirilən “Pəncə-Kilit” əməliyyatı zonasında həlak olub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hərbçi terrorçuların açdığı atəş nəticəsində həlak olub.

Teqlər: