Gənc azərbaycanlı aktrisa vəfat etdi

Gənc azərbaycanlı aktrisa vəfat etdi

Bakı Uşaq və Gənclər Teatrının aktrisası Gülnar Əlizadə bu gün 29 yaşında ürək çatışmazlığından vəfat edib.

Bu barədə AzerTimes-a teatrın mətbuat xidmətindən bildiriblər.

O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin məzunu, 2015-ci ildən Bakı Uşaq və Gənclər Teatrının aktrisasıdır. Evli idi, iki yaşlı qızı qalıb.

Teqlər: