Türkiyə millimizi Ərzincanda qəbul edəcək

Türkiyə millimizi Ərzincanda qəbul edəcək

Qadın futbolçuların Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B liqasının l qrupunda baş tutacaq Türkiyə – Azərbaycan matçının məkanı açıqlanıb.

AzerTimes İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə “ay-ulduzlular”ın baş məşqçisi Nəcla Güngör Kraqa məlumat verib.

O bildirib ki, mayın 31-də keçiriləcək qarşılaşmada azarkeşlərdən tam dəstək alacaqlar:

“İstərdik ki, 20, 30, 40 minlik fanat önündə oynayaq. Bu səbəbdən də bəzi matçlarımız İstanbulda keçiriləcək. Amma gələn ay Azərbaycana qarşı matçı Ərzincanda oynayacağıq. Əminəm ki, qarşılaşma dolu tribunalar qarşısında baş tutacaq”.

Qeyd edək ki, millimiz qrupda Türkiyə ilə yanaşı, Macarıstan və İsveçrə yığmaları ilə üz-üzə gələcək.

Teqlər: