Rusiyada daha bir zavodda yanğın başladı

Rusiyada daha bir zavodda yanğın başladı

Rusiyanın Moskva vilayətinin Xotkovo şəhərində “Elektroizolit” zavodunda yanğın başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanğının sahəsi 3 min kvadratmetr təşkil edir. Zavodun dam örtüyü yanır, binadan dörd nəfər təxliyə olunub.

Qeyd edək ki, bu gün Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində yerləşən “Uralmaşzavod”da da yanğın olub.

Teqlər: