Türkiyə məhv etdiyi hədəflərin sayını açıqladı

Türkiyə məhv etdiyi hədəflərin sayını açıqladı

Suriya və İraqın şimalında aparılan hava əməliyyatları nəticəsində 89 hədəf məhv edilib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Hava əməliyyatı İraqın şimalındakı Qəndil, Asos, Hakurk və Suriyanın şimalında terrorçuların ölkəmizə qarşı hücumlar üçün baza kimi istifadə etdiyi Tel-Rifat, Cizirə və Derik əməliyyat bölgələrində uğurla həyata keçirilib. Hədəflərin 81-i əməliyyatın ilk etapında, 8-i isə səhər keçirilən əməliyyatlarda məhv edilib. Bütün aviasiya vasitələri daimi yerləşmə yerlərinə qayıdıb”, – məlumatda qeyd olunub.

Teqlər: