270-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

270-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 270-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 333 təyyarəsi, 177 helikopteri, 2538 PUA-sı, 388 zenit-raket kompleksi, 6729 tank və digər zirehli texnikası, 899 reaktiv yaylım atəş sistemi, 3604 artilleriya və minaatanı, 7293 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – məlumatda qeyd olunub.

Teqlər: