Türkiyə logistik super gücə çevrilir – Ərdoğan

Türkiyə logistik super gücə çevrilmək yolunda inamla
addımlayır.

Trend xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra müraciətində
deyib.

Çıxışında Türkiyə dövlət başçısı geniş spektrli məsələlərə, o
cümlədən COVID-19 pandemiyası nəticəsində qlobal bazarda tədarük
zəncirinin pozulmasına və dünyanın müxtəlif regionlarında baş verən
silahlı münaqişələrə toxunub.

“Türkiyə mövcud münaqişələrin sülh yolu ilə həllinin
tərəfdarıdır. Ankara beynəlxalq arenada özünü konstruktiv qüvvə
kimi göstərir”, – R.T. Ərdoğan əlavə edib.

Prezident həmçinin hökumətin ölkədə iqtisadi sabitliyin təmin
edilməsi, o cümlədən süni qiymət artımı ilə mübarizə istiqamətində
həyata keçirdiyi tədbirlərə də toxunub.

“2053-cü ilə Türkiyədə dəmir yolu, avtomobil, dəniz və hava
kommunikasiyaları infrastrukturunun inkişafına 198 milyard dollar
sərmayə qoyulması planlaşdırılır”, – dövlət başçısı vurğulayıb.

Teqlər: