Braziliyalıların əksəriyyəti ənənəvi karnavalın keçirilməsinə qarşı çıxırlar

Braziliyanın San-Paulu və Rio-de-Janeyro şəhərlərinin əksər
sakinləri aprel ayında samba məktəblərinin karnaval çıxışlarının və
küçə paradlarının keçirilməsini dəstəkləmirlər.

Trend xəbər verir ki, bu yerli “Datafolha” sosioloji xidmətinin
sorğusunda dərc olunan məlumatlarda öz əksini tapıb.

Belə ki, San-Pauluda respondentlərin yalnız 17%-i aprelin
21-23-nə təyin edilmiş şənlikləri dəstəklədiyini bildirib. Mütləq
əksəriyyət, yəni 78% karnavalın keçirilməsinin əleyhinədir.

Rio-de-Janeyroda isə karnavalın əleyhdarları nisbətən azdır –
69%, şənliklərin tərəfdarları isə sorğu iştirakçılarının dörddə
birini təşkil edir.

Ötən iki il ərzində ənənəvi karnaval pandemiya səbəbindən
keçirilmir. Braziliya koronavirusa yoluxan və ölənlərin sayın görə
dünya ölkələri arasında ilk sıralardadır.