Türkiyə İraqın şimalında zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında davam etdirdiyi “Pəncə Kilid” antiterror əməliyyatı çərçivəsində daha bir neçə PKK
terrorçusunu zərərsizləşdirib.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi
bildirib.

Qeyd olunur ki, əməliyyat çərçivəsində bu günədək 63 terrorçu
zərərsizləşdirilib.

Xatırladaq ki, Türkiyə ordusu aprelin 18-də İraqın şimalındakı
Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı
qurudan və havadan “Pəncə Kilid” əməliyyatına başlayıb.