Bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinin birinci günü start götürüb (FOTO)

Mayın 3-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika
üzrə 27-ci Bakı birinciliyinin birinci günü start götürüb.

Trend-in
məlumatına görə, yarışlatın birinci günündə balacalar yaş qrupunda
gimnastlar alətsiz, yeniyetmələr alətsiz və halqa ilə, gənclər isə
halqa və topla hərəkətləri nümayiş etdirəcək. Qrup hərəkətlərdə
yeniyetmələr yaş qrupunda gimnastlar topla proqramı nümayiş
etdirəcək.

Qeyd edək ki, birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və
63-ü qrup komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak
edir.

Yarışda idmançılar fərdi (balacalar – 2012, 2013, 2014-cü il
təvəllüdlü, yeniyetmələr – 2010-2011-ci il təvəllüdlü, gənclər –
2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında
(balacalar – 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr –
2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və
qrup hərəkətləri proqramında öz aralarında qalibləri
müəyyənləşdirəcəklər.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Teqlər: