Türkiyə İraqın şimalında terrorçulara qarşı “Pençe Kilit” əməliyyatına başlayıb

Türkiyə İraqın şimalında terrorçulara qarşı “Pençe Kilit”
əməliyyatına başlayıb.

Trend Türkiyə
KİV-lərinə istinadla xəbər verir ki, bunu Türkiyənin milli müdafiə
naziri Hulusi Akar bildirib.

Türkiyə Silahlı Qüvvələri Komandanlığı ilə Hərbi Hava Qüvvələri
Komandanlığının Əməliyyat Mərkəzində nazir H. Akar, Baş qərargah
rəisi- ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı-ordu
generalı Musa Avsever və Hərbi Dəniz Qüvvələri komandanı general
Adnan Özbal əməliyyatların gedişini izləyib.

Türkiyə milli müdafiə naziri Hulusi Akar, Hərbi Hava Qüvvələri
Əməliyyat Mərkəzi ilə videokonfrans vasitəsi ilə əlaqə qurub.

Nazir Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Metina,
Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan
və havadan “Pençe Kilit” əməliyyatına başladığını açıqlayıb.

Nazri əməliyyat çərçivəsində terrorçulara aid hədəflərin
şiddətli atəşə tutulduğunu bildirib:

“Əməliyyatımız planlaşdırıldığı kimi uğurla davam edir. Birinci
mərhələdə qarşıya qoyulan hədəflərə nail olunub”.