Suriyanın cənubunda silahlı hücum zamanı hakim öldürülüb, yaralanan var

Suriyanın cənubunda, Dəməşqdən 62 kilometr məsafədə yerləşən
Əs-Sanameyn şəhərində naməlum silahlılar tərəfindən hakim
güllələnib.

Trend xəbər
verir ki, bu barədə yerli “SANA” agentliyi məlumat yayıb.

Bildirilir ki, yaraqlılar Əmin Mahmud Əşrəfə Deraa əyalətində
Keita yaşayış məntəqəsini ziyarət zamanı atəş açıblar.

Nəticədə hakim başından ölümcül güllə yarası alıb, onun həyatını
xilas etmək mümkün olmayıb. Səfər zamanı hakimi müşayiət edən
qardaşı isə yaralanıb. O yaxınlıqdakı hərbi hospitala
çatdırılıb.