Türkiyə HHQ İraqın şimalında 5 PKK terrorçusunu məhv edib

Türkiyə Hərbi Hava Qüvvələri “Pəncə Şimşək” əməliyyatı çərçivəsində İraqın şimalındakı Metina rayonunda 5 PKK terrorçusunu məhv edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində deyilir.


Məlumata əsasən, əməliyyata Türkiyə istehsalı olan ATAK hücum helikopterlərindən istfadə edilib.