Bakıda 6 otaqlı evdə yanğın olub

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli, 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: