Türkiyə hərbi əməliyyatı qəbuledilməz sayır və rədd edir – Ərdoğan

Xəbər - Humay Ağacanova – Trend:

Biz Ukraynada yaşayan hər kəsin təhlükəsizliyini təmin etmək
üçün əlimizdən gələni edəcəyik.


Trend
-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan deyib.

O qeyd edib ki, Türkiyə hərbi əməliyyatı qəbuledilməz hesab edir
və rədd edir.

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi yolverilməzdir! Rusiyanın
beynəlxalq hüquqa zidd addımı bölgədə stabillyə ciddi əngəl və
zərbədir. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və tərəfləri
böhranı dialoq yolu ilə həll etməyə çağırırıq. Bir az əvvəl telefon
danışığında Zelenskiyə də bildirdim ki, Türkiyə Ukraynanın ərazi
bütövlüyünü qorumaq uğrunda mübarizəni dəstəkləyir.

Biz dərin tarixi əlaqələrimiz və dostluq münasibətlərimiz olan
Rusiya ilə Ukrayna arasında problemləri Minsk razılaşmaları
çərçivəsində dialoq yolu ilə həll etməyə çağırışımızı bir daha
təkrar edirik”, – deyə R.T Ərdoğan bildirib.

Teqlər: