Roma və Milanın metro stansiyalarında Xocalı soyqırımı ilə bağlı videoçarx nümayiş etdirilir (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Xocalı soyqırımının 30-cü ildönümü ilə əlaqədar İtaliyanın Roma
və Milan şəhərlərindəki metro stansiyalarında bu faciəni əks
etdirən videoçarxın yayımlanmasına start verilib.

Trend xəbər verir ki,
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-İtaliya
Birliyinin təşəbbüsü ilə baş tutan sosial aksiyanın İtaliyada
keçirilməsi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad
etmək, xalqımızın haqq səsinin yerli və dünya ictimaiyyətinə
çatdırılması və bu faciənin beynəlxalq aləmdə tanıdılması məqsədinə
xidmət edir.

Videoçarxda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və
prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərini işğal etdiyi və
məhz azərbaycanlı olduqlarına görə dinc əhaliyə qarşı misli
görünməmiş qəddarlıqla soyqırımı törətdiyinə diqqət cəlb
edilib.

“Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq. Xocalı
soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni
törədənlər öz layiqli cəzalarını almalıdırlar”, – deyə
Azərbaycan-İtaliya Birliyinin Fərid Abbasov vurğulayıb.

Teqlər: