Türkiyə Futbol Federasiyasının prezidenti istefa verib

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir
istefa verib.

Trend-in
məlumatına görə, o, istefa qərarını TFF rəhbərliyi ilə görüşü
zamanı açıqlyıb.

Qeyd olunur ki, N.Özdemirin istefasına səbəb Türkiyə
Superliqasında çıxış edən klublarla fikir ayrılıqları, eləcə də
Türkiyə çempionatının yayım hüquqları ilə bağlı məsələlər səbəb
olub.

Nihat Özdemir 2019-cu ildə TFF-nin prezidenti seçilmişdi. Onu bu
vəzifədə müvəqqəti olaraq Server Yardımcının əvəz edəcəyi
gözlənilir.

Teqlər: