Türkiyə-Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşünün vaxtı açıqlanıb

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşünün
vaxtı məlum olub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi
məlumat yayıb.

Məlumata görə, xüsusi nümayəndələrin növbəti görüşü mayın 3-də
Vyanada baş tutacaq.

Xatırladaq ki, 2021-ci ilin dekabrında Ankara və İrəvan dialoq
qurmaq üçün öz diplomatlarını təyin ediblər. Ermənistan tərəfdən
parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə
ABŞ-dakı keçmiş səfir Serdar Kılıç olub. Onlar artıq iki görüş
keçiriblər – yanvarın 14-də Moskvada və fevralın 22-də Vyanada.

Teqlər: