Ombudsman autizmli uşaqlarla görüşlər keçirib (FOTO)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva Gənclər və İdman Nazirliyinin dəstəyi
ilə təşkil olunan II Autizm Festivalının açılışında iştirak
edib.

Ombudsman Səbinə Əliyeva dövlət rəsmilərinin, bu sahədə
fəaliyyət göstərən reabilitasiya mərkəzləri və idman klublarının
nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edərək,
iştirakçılara uğurlar arzulayıb.

Festival iştirakçıları ilə görüşü zamanı Ombudsman sərgilənən əl
işləri ilə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.

Daha sonra S.Əliyeva Autizm spektr pozuntusu olan uşaqlar üçün
Bərpa Mərkəzinə baş çəkib. Ombudsman uşaqların saxlanıldığı şərait,
inkişaf dinamikası və reabilitasiya prosesi ilə tanış olub.

Sonda uşaqların hazırladığı əl işləri və bədii çıxışlar təqdim
olunub.

Teqlər: