Türkiyə-Ermənistan sərhədləri açılır? – “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)

Martın 12-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə
görüşən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə
ilə sərhədi açmağa hazır olduğunu açıqlayıb.

“Türkiyəli həmkarımdan prosesin bu məqsədə doğru aparılması üçün
siyasi iradənin olduğunu eşitməkdən məmnunam. Hesab edirəm ki, biz
sürətlə dəyişən dünyada konkret addımlar atmaqdan çəkinməməliyik”,
– deyə XİN rəhbəri əlavə edib.

Yanvarda Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə
mümkün diplomatik münasibətlərin qurulmasını və iki ölkə arasında
sərhədlərin açılmasını məntiqli adlandırıb. Onun sözlərinə görə,
belə bir addım bütün beynəlxalq ictimaiyyət tərəfindən
dəstəklənir.

AzerTimes-ın məlumatına görə Ətayə Ələmdarqızının təqdimatında
AzTV-nin “Əsas məsələ” verilişində “Türkiyə-Ermənistan sərhədləri
açılır? Antalya Diplomatiya Forumunda Çavuşoğlu ilə görüşən Ararat
Mirzoyan sərhədləri açmağa hazır olduqlarını bəyan edib” mövzusunda
aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin
qonaqları – Milli Məclisin deputatı Ramil Həsən, siyasi şərhçi
Xəyal Bəşirov və BMTM-in şöbə müdiri Cavid Vəliyev mövzu ətrafında
müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: