Türkiyə cənub sərhədində 30 kilometrlik təhlükəsizlik zonası yaradır – Ərdoğan

Türkiyə cənub sərhədi boyunca 30 kilometrlik təhlükəsizlik
zonasının yaradılması üzrə işləri tamamlamaq üçün addımlar
atacaq.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan ölkəsinin Nazirlər Kabinetinin iclasından sonra
telemüraciətində deyib.

“Türkiyə üçün təhlükə yaradan terror təşkilatlarına hər cür
dəstək verməklə onları qoruyanlar təkəbbürlü davranışlarından əl
çəkməlidirlər. Cənub sərhədlərimiz boyunca 30 kilometrlik
təhlükəsizlik zonası yaratmaq üçün işimizin çatışmayan hissələri
üzərində işləyirik”, – deyə R.T.Ərdoğan bildirib.