Sürücülərin nəzərinə: Bakıda Azadlıq-Neftçilər prospektinin kəsişməsi bağlanır

Paytaxt Bakıda keçiriləcək 2022-ci il Formula 1 Azərbaycan Qran
Prisinə hazırlıq işləri çərçivəsində yollarda quraşdırma işləri
davam edir.

Bakı Şəhər Halqasından AzerTimes-a verilən məlumata görə, bununla
əlaqədar may ayının 23-ü, saat 23:00-dan etibarən yolun
Azadlıq-Neftçilər prospektinin kəsişməsi yarış bitənədək
nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Sürücülərdən Zərifə Əliyeva küçəsini alternativ yol olaraq
istifadə etmələri xahiş olunur.

Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi 2022-ci
il, 10-12 iyun tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edir.

Teqlər: