Türkiyə Avropanın qaçqınlar üçün “anbarına” çevrilmək niyyətində deyil – Ərdoğan

Türkiyə Avropanın qaçqınlar üçün “anbarına” çevrilmək niyyətində deyil, Ankaranın belə bir borcu, məsuliyyəti və ya öhdəliyi yoxdur.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunları üzrə çıxışında deyib.

T.Ərdoğan həmçinin Əfqanıstadakı vəziyyətə də toxunub. Onun sözlərinə görə, Ankaranın əsas məqsədi Əfqanıstanın sabitliyi və təhlükəsizliyi olduğu üçün Türkiyə, lazım gələrsə, “Taliban” hərəkatının formalaşdırdığı hökumətlə qarşılıqlı əlaqə quracaq.

Türkiyə lideri koronavirus infeksiyasının yayılması ilə mübarizə çərçivəsində ölkədə yeni məhdudiyyətlərin tətbiq olunduğunu açıqlayıb.


Dövlət başçısı bildirib ki, peyvənd olunmamış tələbələr və universitet işçiləri mütəmadi olaraq koronavirusun müəyyən edilməsi üzrə PCR testləri verməli olacaqlar.

Onun sözlərinə görə, cavabı mənfi olan PCR testi olmayan şəxslər konsertlər, teatrlar və kinoteatrlar da daxil olmaqla ictimai tədbirlərə qatıla bilməyəcəklər.

Teqlər: