Türkiyə artıq qlobal gücə çevrilib – Çavuşoğlu

Yanğın ətrafımızdadırsa, onu söndürmək hamıdan əvvəl bizim
borcumuzdur. Çünki biz Türkiyə olaraq təkcə regional güc deyilik.
Türkiyə artıq qlobal gücə çevrilib.

Trend Türkiyə
KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər
naziri Mövlud Çavuşoğlu bildirib.

Sinop şəhərində iftar sonrası ictimayyət nümayəndələri ilə
görüşən nazir dünyada nizamının dəyişməli olduğunu bəyan edib.

“Başda Birləşmiş Millətlər Təşkilatı (BMT) olmaqla qurulan
sistemlər müharibələrin qarşısını ala bilmir. Başlanmış
müharibələri dayandıra bilmir. İnsanların gözləntilərinə çarə tapa
bilmir”, – M.Çavuşoğlu vurğulayıb.

Onun sözlərinə görə, hətta pandemiya zamanı BMT Təhlükəsizlik
Şurası yalnız 3 ay sonra qərar verdi: “Hər kəsi maraqlandıran və
heç kimin fərqli düşünmədiyi bir mövzu olsa belə”.

Nazir, həmçinin Ukraynadakı vəziyyətlə bağlı rəsmi Ankaranın
rolunu qeyd edib.

“Ukraynadakı müharibəni ən qısa zamanda bitirmək üçün səy
göstəririk. Niyə Rusiya və Ukrayna liderləri, hər iki ölkə yalnız
Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyini qəbul edir? Çünki biz
prinsipial davranırıq. Çünki biz hamı ilə münasibətlərimizi ən
yaxşı şəkildə həyata keçirmək istəyirik. Biz balanslı və ədalətli
şəkildə hərəkət edirik, həqiqəti deyirik”, – Mövlud Çavuşoğlu əlavə
edib.

Teqlər: