Türk Silahlı Qüvvələri istənilən vəzifəni yerinə yetirməyə hazırdır – Hulusi Akar

Baku. Trend:

Türk Silahlı Qüvvələri şəxsi heyəti, texnikası və təcrübəsi ilə
istənilən vəzifəni yerinə yetirməyə hazırdır.

AzerTimes xəbər verir ki,
TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin Milli
Müdafiə naziri Hulusi Akar Birləşmiş Ərəb Əmirliklərinə rəsmi
səfəri zamanı deyib.

Akar Türkiyə Silahlı Qüvvələrinin 2016-cı ildən bəri Fərat
Qalxanı, Zeytun Budağı, Sülh Pınarı və Sülh Qalxanı
əməliyyatlarının uğurla həyata keçirildiyini xatırladaraq,
Türkiyənin cənubunda terrorçuların olmasını qəbul etməyəcəklərini
bildirib.

“Bizim yeganə məqsədimiz millətimizin və sərhədlərimizin
təhlükəsizliyini təmin etməkdir. Biz sərhədlərimizdə “terror
dəhlizi” yaradılmasına imkan verməyəcəyik”, – deyə Akar
vurğulayıb.