Türk dünyasının ilk radio layihəsinə xüsusi mükafat təqdim olunub (VİDEO)

“Radio TMB” (Türk Millətlər Birliyi) “Azeri Business award”
mükafat mərasimində ilin ən uğurlu layihəsi seçilib və Türk
dünyasının ilk radio platforması nominasiyasına layiq görülüb.

Həmçinin, Türk millətlərini birləşdirən mədəniyyət platrforması
üzrə “TMB TV“ laureat seçilib. “TMB – Türk Musiqisini Birləşdirən
Radio” devizi ilə fəaliyyət göstərən radionun əsas prioriteti
informasiya və media sahəsində layihələr həyata keçirməklə yanaşı,
türk xalqlarının mədəniyyətinin tərənnümü, informasiya mübadiləsi
və maarifləndirilməsidir.

Qeyd edək ki, “Azeri Business award” Milli mükafatının
təqdimetmə mərasimi “Business Time” jurnalı tərəfindən təşkil
edilib və 06 mart 2022-ci il tarixində “Buta Palace”da keçirilib.
Tədbirdə bir neçə ölkələrin fövqəladə və səlahiyyətli səfirləri,
müxtəlif dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələri,
yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrindən
olan təmsilçilər, xarici qonaqlar və KİV nümayəndələri də daxil
olmaqla 200 nəfər iştirak edib.

Teqlər: