Türk Dövlətlərinin Banklar Assosiasiyaları Şurası yaradıldı

Türk Dövlətlərinin Banklar Assosiasiyaları Şurası yaradıldı

4 noyabr 2022-ci il tarixində, İstanbul şəhərində “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılıb.

AzerTimes xəbər verir ki, Şuranın yaradılması ilə əlaqədər Anlaşma Memorandumuna Azərbaycan Banklar Assosiasiyası, Qazaxıstan Banklar Assosiasiyası, Qırğızıstan Banklar İttifaqı, Özbəkistan Banklar Assosiasiyası, Türkiyə Banklar Birliyi imza atıb. Tədbirdə qonaq qismində Gürcüstan Banklar Assosiasiyası, Macarıstan Banklar Assosiasiyası və Şimali Kipr Banklar Assosiasiyası iştirak ediblər.

Şuranın əsas fəaliyyət istiqamətlərinə üzv ölkələr arasında məhsul və xidmətlərin, kapitalın hərəkətinin mütəşəkkil maliyyə-bank xidmətləri ilə müşayiətinin genişləndirilməsi, türkdilli dövlətlərin maliyyə qurumları arasında birbaşa müxbir münasibətlərin yaradılması da daxil olmaqla, maliyyə xidməti infrastrukturunun müasir informasiya texnologiyaları və beynəlxalq standartlar əsasında təkmilləşdirilməsi, üzvlərin maliyyə-bank qanunvericiliklərinin, o cümlədən normativ sənədlərinin təhlili və onların beynəlxalq standartlara uyğunluğu məsələləri sahəsində birgə əməkdaşlıq, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə bağlı sahədə əməkdaşlıq layihələrinin realizasiyası daxildir.

Şuranın toplantılarının ildə bir və ya iki dəfə olmaqla, növbəlilik prinsipi əsasında Şuraya üzv ölkənin ev sahibliyi ilə keçirilməsi və bu toplantılar çərçivəsində müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.

Teqlər: