Şimali Koreya daha 4 ballistik raket atdı

Şimali Koreya daha 4 ballistik raket atdı

Cənubi Koreya və ABŞ-ın bölgədə hərbi təlimlər keçdiyi bir vaxtda, Şimali Koreya da artıq bir neçə gündür ard-arda ballistik raketləri sınaqdan keçirir.

AzerTimes xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu məlumat yayıb.

Məlumata görə, Şimali Koreya tərəfindən bu gün daha 4 ballistik raket atılıb.

Raketlərin 130 km məsafə qət etdiyi bildirilir.

Qeyd edək ki, daha əvvəl Pxenyan raket sınaqlarından sonra ABŞ-ı ən pis ssenariyə hazır olmaqları barədə xəbərdarlıq edib.

Teqlər: