Türk Dövlətləri Təşkilatına ödənişlərin yeni bölgüsü müəyyənləşib

Özbəkistanın Türk Dövlətləri Təşkilatına üzv olması ilə əlaqədar
təşkilatın Katibliyinin büdcəsinə məcburi ödənişlərin üzv dövlətlər
arasında bölgüsü dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin
bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin
plenar iclasına tövsiyə edilən “Türk Dövlətləri Təşkilatı
Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin
məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol”un təsdiq edilməsi
barədə” qanun layihəsində əksini tapıb.

Maliyyə ili təqvim ilinin yanvar ayının 1-dən başlayan və
dekabrın 31-də başa çatan vaxt müddətidir. Ödənişlər isə cari
maliyyə ilində Katibliyin fəaliyyəti ilə bağlı xərclərin ödənməsi
məqsədilə Tərəflər üçün müəyyən edilmiş məbləğlər deməkdir.

Bundan əvvəl məcburi ödənişlərin bölgüsü aşağıdakı kimi
müəyyənləşdirilmişdi:

Azərbaycan Respublikası – 2/15

Qazaxıstan Respublikası – 4/15

Qırğız Respublikası -1/15

Türkiyə Respublikası – 8/15

Layihəyə əsasən, Özbəkistanın Türk Dövlətləri Təşkilatına üzv
olması ilə əlaqədar ödənişlərin bölgüsü aşağıdakı kimi
müəyyənləşdirilir:

Azərbaycan Respublikası – 2/18

Qazaxıstan Respublikası – 4/18

Qırğız Respublikası -1/18

Türkiyə Respublikası – 8/18

Özbəkistan Respublikası- 3/18.

Teqlər: