Şəmkirdə avtoxuliqanlıq edən şəxs saxlanılıb (FOTO)

Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti
qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü
saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki
regional qrupundan AzerTimes-a verilən məlumata görə, rayon sakini
Kamil Məmmədov idarə etdiyi “Ford” markalı avtomobil ilə yollarda
intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub,
avtoxuliqanlıq edib və bununla da ictimai-asayişi nümayişkaranə
şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.

Sosial şəbəkələrdə etdiyi təhlükəli manevrlərin görüntüsünü
paylaşan sürücü inzibati məsuliyyətə cəlb olunub.

Teqlər: