Türk Dövlətləri Təşkilatı turizm layihələrinin inkişafını hədəfləyir

Türk Dövlətləri Təşkilatı turizm ideyaları, layihə və
tədbirlərinin daha da inkişafını hədəfləyir.

AzerTimes-ın məlumatına görə, bunu Türk Dövlətləri Təşkilatı baş
katibinin müavini Mirvahid Əzimov təşkilatın turizm nazirlərinin
7-ci iclasında deyib.

“Türk Dövlətləri Təşkilatı turizmin inkişafına böyük önəm verir
və bu gün Şamaxıda keçirilən görüş turizm ideyaları, layihə və
tədbirlərinin inkişafında yeni səhifədir. İnanıram ki, biz razılıq
əldə etdiyimiz layihələri icra edə biləcəyik”, – deyə o
bildirib.

M.Əzimov qeyd edib ki, Şamaxı 2023-cü il üçün türk dünyasının
turizm paytaxtı elan edilib.

“Biz məhz Şamaxını ona görə seçmişik ki, bu şəhər İpək yolu
üzərində başlıca şəhərlərdəndir. Şəhər Şirvanşahlar dövlətinin
inzibati və iqtisadi mərkəzi olub. Şamaxı Azərbaycanın tarixi
şəhərlərindən biridir. Ona görə də gələn il biz burada müxtəlif
tədbirlər, festivallar keçirmək niyyətindəyik”, – o deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: