Türk Dövlətləri Təşkilatı liderlərinin növbəti görüşünün tarixi və yeri açıqlandı

Xəbər - Humay Ağacanova – Trend:

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin liderlərinin növbəti Zirvə Görüşünün keçiriləcəyi tarix və yer açıqlanıb.

Trend-in məlumatına görə, təşkilatın Ağsaqqallar Şurasının İstanbulda keçirilən iclasında çıxış edən Baş katib Bağdad Amreyev qeyd edib ki, növbəti Zirvə Görüşü 11 noyabr 2022-ci ildə Özbəkistanda keçiriləcək.

Onun sözlərinə görə, artıq baş katiblik tərəfindən Zirvə Görüşünə hazırlıq başlayıb.

Xatırladaq ki, bundan öncə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü 2021-ci il noyabrın 12-də İstanbulda keçirilib.

Teqlər: