Turistlərin olduğu helikopter qəzaya uğradı: Ölənlər var

Turistlərin olduğu helikopter qəzaya uğradı: Ölənlər var

Nepalda Everest dağı yaxınlığında əcnəbi turistlərin olduğu helikopter qəzaya uğrayıb.

AzerTimes xəbər verir ki, bu barədə “PA Media” məlumat yayıb.

Qəza nəticəsində 6 nəfərin həlak olduğu bildirilib:

“Helikopter Lamacur bölgəsində qəzaya uğrayıb. Həlak olanların cəsədləri çıxarılaraq helikopterlə daşınıb. Ölənlərdən ( iki kişi və üç qadın) beşi Meksika vətəndaşı, pilot isə Nepal vətəndaşı olub”.

İlkin məlumata görə, qəzaya səbə hava şəraiti olub.

Teqlər: