Prezident dövlət büdcəsini açıqladı

Prezident dövlət büdcəsini açıqladı

Onsuz da bizim builki dövlət büdcəmiz rekord həddə, 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik.

AzerTimes xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söyləyib.

Bu gün ölkəmizin büdcəsinin 36 milyard manatdan çox olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib:

“Əlbəttə, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və hərbi gücümüzü artıraq”.

Teqlər: