Tunis sahillərində dörd qayığın qəzaya uğraması nəticəsində azı 12 nəfər ölüb

Tunis sahillərində miqrantları daşıyan dörd qayığın qəzaya
uğraması azı 12 nəfərin həyatına son qoyub, daha 10 nəfər itkin
düşüb.

Trend xəbər
verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Tunis sahil mühafizəsinin zabitinin agentliyə verdiyi məlumata
görə, qayıqlarda 120 nəfər olub, onlardan 98-i xilas edilib.

O əlavə edib ki, xilasetmə əməliyyatı Sfaks əyalətinin
sahillərində aparılıb.