Ankara Ukraynada tezliklə atəşkəsin tərəfdarıdır – Hulusi Akar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə ukraynalı
həmkarı Aleksey Reznikov arasında telefon danışığı baş tutub.

Trend nazirliyə
istinadla xəbər verir ki, H.Akar söhbət əsnasında Ukraynada
tezliklə atəşkəsin vacibliyini vurğulayıb.

Həmsöhbətlər Ukrayna limanlarında gözləyən türk ticarət
gəmilərinin, həmçinin Kiyev hava limanında qalan Türkiyə Hərbi Hava
Qüvvələrinə məxsus iki A400M hərbi-nəqliyyat təyyarəsinin salamat
geri qayıtması mövzülarına toxunublar.

Türkiyəli nazir vurğulayıb ki, Ankara humanitar yüklərin
Ukraynaya çatdırılması üçün səylərini davam etdirməyə hazırdır.

Teqlər: