Tunis parlamentinin spikeri hərbi hospitala yerləşdirilib

Tunisin Xalq Nümayəndələri Məclisinin (birpalatalı parlament) sədri, “Ən Nahda” partiyasının lideri Rəşid Qannuşi səhhətinin pisləşməsindən sonra hərbi hospitala çatdırılıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, iyulun 31-də R.Qannuşi səhhətində pisləşməsi ilə əlaqədar özəl klinikaya yerləşdirilmişdi, lakin müayinədən sonra evə buraxılmışdı.

Məlumata əsasən, Xalq Nümayəndələri Məclisinin sıdrinin vəziyyəti ötən ayın sonunda ölkədə baş verən siyasi böhran fonunda pisləşməyə başlayıb.

Qeyd edək ki, iyulun 25-də Tunis Prezidenti Kays Sayid ölkə parlamentinin fəaliyyətinin 30 gün dayandırıldığını, bütün millət vəkillərinin toxunulmazlığının ləğv edildiyini və baş nazir Hişam Maşişinin vəzifəsindən uzaqlaşdırıldığını açıqlamışdı.