Biləsuvarda daha bir yol qəzası baş verib, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Biləsuvar rayonunda “QAZel” markalı yük avtomobili və “VAZ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Teqlər: