Tullantıların qalaqlandığı küçə təmizlənib

Sabirabad şəhəri, İlham İsgəndərov küçəsində tullantıların
qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil
olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Trend xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib
ki, tullantıların qalaqlandığı ərazi Xidmət əməkdaşlarının nəzarəti
altında Sabirabad bələdiyyəsinin işçiləri tərəfindən
təmizlənib.

“Ərazinin nəzarətə götürülməsi məqsədilə Sabirabad Rayon İcra
Hakimiyyətinə və Sabirabad Rayon Polis Şöbəsinə müraciət
olunub”.

Teqlər: