Qardaşını qətlə yetirən şəxsə cinayət işi başlanılıb

Prokurorluq Oğuzda baş verən qətllə bağlı məlumat yayıb.

Oğuz rayon Prokurorluğundan AzerTimes-a verilən xəbərə görə, aprelin
2-i saat 19 radələrində Oğuz rayon sakini, 1976-cı il təvəllüdlü
Aqil Şirinovun almış olduğu xəsarətdən xəstəxanada ölməsi barədə
rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1973-cü il
təvəllüdlü Namiq Şirinovun yaşadığı evin həyətində şəxsi
münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aqil
Şirinova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən
edilib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Namiq Şirinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Teqlər: