Dövlət Turizm Agentliyi (DTA) və Medianın İnkişafı Agentliyinin (MEDİA) KİV nümayəndələri və peşəkar fotoqraflar arasında elan etdiyi “Azərbaycanın turizm potensialını tanıt” mövzusunda keçirilən müsabiqə başa çatıb.
DTA-dan AzerTimes-a verilən məlumata görə, müsabiqəyə təqdim olunan materiallar müstəqil münsiflər heyəti tərəfindən qiymətləndirilərək hər kateqoriya üzrə ən yüksək balı toplayan ilk 3 yerin sahibləri qalib hesab olunub.
Müsabiqədə yazı kateqoriyası üzrə iştirak edən Trend İnformasiya Agentliyinin əməkdaşı Çingiz Səfərli “Qarabağın dark turizm potensialı: Erməni barbarlığını dünya daha yaxından görəcək” məqaləsi ilə üçüncü yeri tutub. AzerTimes-ın fotoqrafı Zaur Mustafayev isə foto kateqoriyası üzrə üçüncü yeri qazanıb.
Trend İnformasiya Agentliyi adından müsabiqədə uğurlu nəticə göstərən hər iki əməkdaşımızı təbrik edirik və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!