Heydər Əliyev Mərkəzində “Avişai Kohen trio”nun konserti olacaq (VİDEO)

Dekabrın 6-da Heydər Əliyev Mərkəzində “Avişai Kohen trio”nun konserti keçiriləcək. Cazsevərləri bir araya toplayacaq konsertdə Avişai Kohen (kontrabas), Elçin Şirinov (piano), Roni Kaspi (baraban) çıxış edəcəklər.

AzerTimes-ın məlumatına görə, İsraildə doğulan, ABŞ-da fəaliyyət göstərən müğənni və bəstəkar Avişai Kohen son 20 ildə dünyanın ən yaxşı bas ifaçısı kimi tanınsa da, onun məhz bəstəkar kimi yaratdığı musiqi əsərləri şöhrət qazanıb, böyük auditoriya toplayıb, caz pərəstişkarlarını özünə cəlb edib.

“Avişai Kohen trio” Bakı konsertində yeni “Arvoles” albomundan kompozisiyaları təqdim edəcək.

Avişai Kohenlə birlikdə səhnəni Azərbaycandan pianoçu və bəstəkar Elçin Şirinov bölüşəcək. Elçin Şirinov son 3 ildə Avişai Kohenlə sıx əməkdaşlıq edir və onun iştirakı ilə trio dünyada şöhrət qazanıb. Elçin Şrinov fəal şəkildə “Avişai Kohen trio”nun yeni albomunun yaranmasında iştirak edib.

Trionun digər iştirakçı isə İsraidə dünyaya gələn, hazırda ABŞ-da yaşayan baraban ifaçısı Roni Kaspidir. Roni Kaspi ABŞ, Meksika, Kanada və digər ölkələrdə çıxış edib.

“Avişai Kohen trio”nun konsertinə biletlər Heydər Əliyev Mərkəzinin kassasında, iTicket.az saytı və kassalarında satılır.

Zala giriş COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) ilə mümkündür.

Teqlər: