Şuşa yaxınlığındakı erməni terror aktı hərtərəfli araşdırılmalıdır – Korotçenko

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

Şuşa yaxınlığında erməni terrorçusu tərəfindən törədilən terror aktı Azərbaycan Ordusuna və Rusiya sülhməramlılarına qarşı yönəlmişdi. Bu terror aktının məqsədi vəziyyəti gərginləşdirmək və itkilərə səbəb olmaq idi.

AzerTimes-in məlumatına görə, bunu Rusiyanın nüfuzlu “Natsionalnaya oborona” jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenko rusiyalı ekspertlərin Şuşaya səfərinin yekunları ilə bağlı bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu terror aktı hərtərəfli araşdırılmalıdır:

“Bu terror hadisəsi eyni zamanda regionda sülhə və sabitliyə qarşı yönəlmişdi. Hesab edirəm ki, Azərbaycan və Rusiyanın hüquq-mühafizə orqanlarının birgə qrupu yaradılmalı və bu terror aktı hərtərəfli araşdırılmalıdır”, – deyə İ.Korotçenko bildirib.

Teqlər: